Qazaxıstanda keçirilən 16 yaşadək futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnirə start verilib. Fanat.az xəbər verir ki, “Qəbələ”nin U-16 komandasının da mübarizə apardığı yarışda ilk turun iki oyunu keçirilib.
“Qırmızı-qaralar”ın birinci rəqibi Almatı “Kayrat”ı olub. Famil Xəlilovun baş məşqçisi olduğu "qırmızı-qaralar" yarışa böyükhesablı qələbə ilə başlayıb - 4:1. İlkin Abdullayevin dubl etdiyi qarşılaşmada “Qəbələ”nin digər qollarını Elvin İmanlı və Kamran Quliyev vurublar.
“Qırmızı-qaralar” sabah keçiriləcək II turda Almatı klublarının yığma komandası ilə qarşılaşacaq. Görüş saat 12.15-də start götürəcək. “Qəbələ” son oyununu iyunun 8-də saat 10.00-da başlayacaq matçda Qırğızıstanın “Abdış-Ata” komandası ilə görüşəcək.
Fanat.az