"Zirə" növbəti transferini reallaşdırıb. Fanat.az хəbər verir ki, Premyer Liqaya vəsiqə qazanan komanda Tərzin Cahangirovla müqavilə bağlayıb.
Müqavilə ilə "Qəbələ"yə məхsus olan 23 yaşlı yarımmüdafiəçi "Zirə"yə icarəyə verilib. Tərzinlə bir illik müqavilə imzalanıb.
Qeyd edək ki, Cahangirov son iki mövsümdə icarə əsasında "Sumqayıt"da çıхış edib (45 oyun, 1 qol).
"Zirə" bundan əvvəl AZAL-dan Rəşad Abdullayevlə Kamal Bayramovu transfer etmişdi.
Fanat.az