01:10 08.06.2015 620

"Qəbələ"dən gələcəyə hesablanmış addım - FOTO

"Qəbələ” İdman Klubu tərəfindən futbol meydançalarının ot örtüyü üzrə mütəxəssisləri üçün təşkil olunan kurslar başa çatıb. Fanat.az xəbər verir ki, ingiltərəli mütəxəssis, artıq uzun müddətdir "Qəbələ"də fəaliyyət göstərən Filip Şarplesin rəhbərlik etdiyi kurslar 1 il 3 ay davam edib. 

Stadionda çalışan yerli əməkdaşların qatıldığı dərslər imtahanlarla yekunlaşıb. Sonda kursların iştirakçılarına İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) xüsusi sertifikatları verilib.

Şarples kurslar, klubun bu sahədə gördüyü işlər haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: “Biz ot örtüyü üzrə mütəxəssis yetişdirməyə bir neçə il əvvəl başladıq. Həmin vaxt cəmi 3 nəfər var idi. Ötən illər ərzində həm onları hazırladıq, həm də meydançaları inkişaf etdirdik, sayını artırdıq. Sonra işçilərin də sayını artırıb, 10 nəfər olduq. Buradakı işimizin hədəfi ot örtüklərini İngiltərə və Avropanın digər ölkələrindəki Premyer Liqa meydançalarının səviyyələrinə gətirməkdir. Bunun üçün təlim keçmiş əməkdaşlar olmalıdır, onlar meydançanı, işi yaxşı anlamalıdırlar. Burada əsas məsələ yalnız otu əkmək və ya sulamaq deyil, torpağı, havanı, bioloji və fizioloji xüsusiyyətləri anlamaq gərəkdir. Meydançalara lazımınca qulluq etmək olduqca mürəkkəb işdir. Burada sual çıxır ki, bəs onda nəyə görə Avropadakı meydançalar yaxşı vəziyyətdədir? Çünki, orada insanlar bunları yaxşı anlayır və meydançalara əla qayğı göstərir. Azərbaycanda da eyni işi görməyə çalışırıq. İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutu (Institute of Groundsmanship) ilə əməkdaşlıq çərçivəsində birillik kurs həyata keçiririk. Orada ot örtüyü üzrə dünyanın aparıcı mütəxəssisləri fəaliyyət göstərir. Onlar bizim meydançaları təkmilləşdirmək işinə cəlb olunublar. Bu kurs barədə onlara məlumat verib, 1 il 3 ay müddətində həyata keçirməyə razılaşdıq. Kurs müddətində həftəlik dərslər, motorlu avadanlıqlarla təcrübələr keçirildi, test imtahanları oldu. İştirakçılar hamısı imtahandan çox yaxşı keçdilər. Onlar hazırda işlərinin mahiyyətini yaxşı anlayır, nəyi necə etməli olduqlarını bilirlər. İnanıram ki, bu “Qəbələ”nin uğurlu gələcəyə doğru inkişafına töhfə verəcək”.

Şarples kursda iştirak edənlərin gələcəkdə ot örtüyü mütəxəssisi ola bilməsini mümkün sayır: “Bu, xeyli vaxt tələb edir. Həm də ki, mən ot örtüyü mütəxəssisi deyiləm, aqronomam. Bunlar fərqli peşələrdir. Ot örtüyü mütəxəssisi otlara necə qayğı göstərməyi, dərmanı nə vaxt, necə verməyi yaxşı bilməlidir. Onlar otu necə yetişdirməyi, oyunlardan sonra meydançanın ehtiyac olan yerlərini yeni ot örtüyü ilə təmin etməyi bacarmalıdır. Amma aqronom otun biologiyası barədə daha dərin biliyə malik olur. Əlbəttə ki, onlar nə vaxtsa ot örtüyü üzrə mütəxəssis kimi çalışa biləcəklər. Amma bu, xeyli vaxt, hətta 10 il çəkə bilər. Çünki, meydançalar, ətraf mühit, o cümlədən iqlim fərqlidir. Məsələn, Bakıdakı meydançalar burdakılarla müqayisədə başqa cürdür. Bu, müxtəlif çətinliklər törədir və onları anlamaq 10 il çəkə bilir. Biz hazırda kurs iştirakçıları ilə ilk mərhələni keçdik, onlara işin mahiyyətini anlamağı öyrətdik. İngiltərədə bu sənəti öyrənmək üçün məktəbə gedirlər. Mən universitetdə bu sahə üzrə dərs demişəm. Orada bu sənət üzrə xeyli kurslar da var. Təəssüf ki, Azərbaycanda belə kurslar yoxdur. Mən bir müəllim kimi, öz təcrübəmdən istifadə edərək ölkə miqyasında olmasa da klubda tətbiq etdim”. 

Sertifikata layiq görülən mütəxəssislər arasında yer alan Orxan Yusifov kursların əhəmiyyətini vurğulayıb: “2014-cü ilin fevralında kurslara start verdik. Həftəlik dərslərə Filip Şarples rəhbərlik edirdi. O, Avropada 50 ildən artıqdır fəaliyyət göstərən İngiltərədəki Ot Örtüyü üzrə Mütəxəssislər İnstitutunun (Institute of Groundsmanship) təsdiqi ilə gəlib, kurs keçirdi. Şarpless bizə keçdiyi mövzuları da bu qurumla razılaşdırmışdı. Bitkinin həm fiziki, həm bioloji quruluşu, torpağın vəziyyəti və onda olan maddələr haqda dərslər keçir, hər həftənin sonunda isə mövzu ilə bağlı testlər verirdik. Sonra isə praktiki hazırlıq keçdik. Burada maşınların sürülməsi, texniki avadanlıqlardan istifadə üzrə dərslərə üstünlük verildi. Gübrəsəpən, dərmansəpən maşınlardan istifadə üzrə də testlər verdik. Bu ilin yanvarında isə 1 il müddətində keçirilənlərlə bağlı imtahan verdik. Bütün bunların sonunda isə ümumiləşdirilmiş imtahanlar verdik. Nəticələri də yaxşı oldu. Artıq sertifikatlar da göndərilib. Bu, Azərbaycanda bir ilkdir və “Qəbələ” klubunda gerçəkləşir. Müəyyən müddət keçəndən sonra əcnəbi mütəxəssis olmadan da ot örtüyü ilə bağlı işin öhdəsindən gələ biləcəyik. Bunun üçün müəyyən vaxt lazımdır. Avropada 6-7 ilə yaxın vaxt lazımdır ki, bu işi öyrənib, müstəqil fəaliyyət göstərmək olsun. Bizdə isə bu iş yenidir. “Qəbələ” klubu tərəfindən şəraitin yaradılması, Şarplesin gəlməsi bizə müstəsna imkan yaradır. Azərbaycanda ilk olmasının nəticəsidir ki, ölkənin digər yerlərində təşkil olunan müxtəlif turnirlər zamanı da bizə dəvətlər gəlir. Lənkəran stadionunda, Bakıda, U-17 qadınlararası dünya çempionatında Şarplesin rəhbərliyi altında bəzi stadionlarda olmuşuq. Klubun dəstəyi ilə xaricə - Türkiyənin “Qalatasaray” və “Kasımpaşa” klublarına getmişik. Bütün bunlar da təcrübəmizə rəng qatır”.

“Qəbələ”nin ot örtüyü üzrə digər mütəxəssisi Elvin Zamanlı kurslar sayəsində biliklərini zənginləşdirdiyini qeyd edib: “Şarples çox güclü mütəxəssisdir. O, dərmanlarla, ot örtüyünə baxmaqla bağlı bildiklərini bizə öyrədir, dərslər keçir. Bu dərslərin nəticəsində imtahan verib, sertifikatlarla təltif olunduq. Şarpless gələnədək yalnız praktiki işləri bilirdik. Artıq otla bağlı, dərman, gübrə verməklə bağlı çox şey öyrənmişik. Otun özəlliklərini bilmişik. İstəyirik gələcəkdə daha yaxşı öyrənib , Azərbaycan futboluna fayda verək. İşimizi sevirik, öyrənmişik, gələcəkdə klubumuza və ölkə futboluna fayda vermək, Şarples kimi dünya, Avropa stadionlarda əməyimizin olmasını istəyərdik”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X