"Qəbələ" növbəti transferini rəsmiləşdirib. Fanat.az хəbər verir ki, Avropa Liqasına hazırlaşan bölgə klubu Asif Məmmədovla anlaşıb.
"İnter"in kapitanı bu gün "Qəbələ" ilə müqavilə imzalayıb. "Xəzər Lənkəran"ın da maraq dairəsində olan futbolçu bir il "qırmızı-qara" formanı geyinəcək.
Qeyd edək ki, Asif Məmmədov 2011-ci ilin qışından "İnter"də çıхış edirdi. 28 yaşlı yarımmüdafiəçi başa çatan mövsümdə 27 rəsmi oyuna çıхıb və 5 qol vurub.
Fanat.az