“Qəbələ” 2015/16 mövsümünün hazırlıqlarının birinci mərhələsinə start verib. Fanat.az xəbər verir ki, “qırmızı-qaralar” Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışına başlayıb.
Roman Qriqorçukun yetirmələri hazırlığın ilk günündə əsasən topsuz çalışmalara üstünlük verib. Məşqdə milli komandaların heyətində olan futbolçular - Cavid Hüseynov, Ruslan Abışov, Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov və Elvin Camalov iştirak etməyib.
Komandadan ayrı hazırlıq keçən Rikardinyo, Tellur Mütəllimov və Ruslan Əmircanov fərdi məşqlə kifayətlənib.
Fanat.az