11:52 12.06.2015 565

Roman Qriqorçuk: "Onun qalmasını istədik, amma..."

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk "Qəbələ İK" qəzetinə müsahibə verib. Fanat.az müsahibəni təqdim edir.

- Əslində, başa çatan çempionatı özüm üçün, belə deyək, marafon məsafəsi kimi qəbul etmirəm. Çünki estafetə yolun yarısından qatıldım. Buna görə də, çempionatın özümə aid olan hissəsinə qiymət verə bilərəm. “Qəbələ” də çalışdığım 4 ayda ciddi işlər gördük. Komanda daxilində yaxşı münasibətə, anlaşmaya nail olduq. Komandanın bütün üzvləri arasında futbola baxışımızın eyni olması inkişafa təkan verən amil oldu. Doğrudur, artıq istədiyimiz futbolu oynadığımızı deyə bilmərəm. Ancaq buna çox yaxınıq. Hesab edirəm ki, bu, ən böyük nailiyyətimizdir. İdmanda əsas olan nəticədir. Biz də buna nail olduq - avrokuboklara çıxdıq, çempionatın mükafatçısı olduq.

- “Qəbələ”də qısa müddətdə uğur qazandınız. Bu uğurun məşqçilik karyeranızda xüsusi yeri varmı?
- Bəli, var. Çünki əvvəlki komandalarımla müqayisədə, “Qəbələ”də nəticəni çox qısa müddətdə, cəmi 4 aya qazana bildim. İndiyədək məqsədə belə sürətlə çatmamışdım. Ümumiyyətlə, “Qəbələ”də az müddətdə çox şey əldə edə bildik. Hərçənd, heç vaxt demirəm ki, komanda qurmaq üçün uzun müddət, misal üçün 2 il lazımdır. Əksinə, hesab edirəm ki, hər şeyi qısa zamanda etmək olar. Ancaq bunun üçün çoxlu komponent olmalıdır. Təkcə işlə hər şey həll olunmur. Onu deyə bilərəm ki, nəticə əldə etmək üçün bizdə çox imkanlar var. Ancaq daha yüksək səviyyəyə qalxmaq üçün bütün istiqamətlərdə hələ çox işləməliyik.

- Heyətdə dəyişiklikləri, yeni futbolçuların potensiallarını necə dəyərləndirərdiniz?
- Xidmətində maraqlı olmadığımız futbolçuların adlarını “Bakı”yla oyundan sonra açıqlamağı daha məqsədəuyğun saydıq. Aparıcı hücumçumuz Viktor Mendinin komandada qalmasını istəsək də, son qərarı futbolçu özü verdi. Klubla müqaviləsi bitən kapitan Ruslan Abışovun məsələsi isə hələ açıq qalır. Komandamıza gələnlər isə qapıçı Andrey Popoviç, cinah müdafiəçiləri Arif Daşdəmirovla Məhəmməd Mirzəbəyov və cinah yarımmüdafiəçiləri Samir Zərgərovla Asif Məmmədovdur. Fikrimcə, yeni transferlər bizim futbolu oynaya biləcək xüsusiyyətlərə malikdir. Bundan əlavə, onların insani keyfiyyətlərinə, idman psixologiyalarına yetərincə bələdik. Bu, çox vacib amildir. Belə möhkəm psixologiyaya, güclü iradəyə malik futbolçularla məqsədə çatmaq olar. Transfer siyasətimizdə bu məqamları da nəzərə almağa çalışırıq.

- Yəqin ki, yeni transferlər bununla kifayətlənməyəcək.
- Əlbəttə. Bunlar yeni transferlərin bir hissəsidir və davamı olacaq. Daşdəmirovla Mirzəbəyovu nəzərə alsaq, cinah müdafiəçiləri ilə heyətimizi yaxşı komplektləşdirmişik. Digər xətlərdə də güclənməyimiz vacibdir. Həm yerli, həm də əcnəbi transferlər üzərində işləyirik. Əsas futbolçunun milliyyəti deyil, keyfiyyəti və oyun üslubumuza uyğun gəlməsidir.

- Komanda Avroliqaya hazırlıq məqsədilə Avropanı deyil, Türkiyəni seçdi. Buna səbəb nə oldu?
- “Bakı”yla oyundan sonra komanda 12 günlük istirahətə çıxdı. Hazırlıq yeri seçdiyimiz Ərzurum dağlıq ərazidir, dəniz səviyyəsindən 1500-2000 metr hündürlükdədir. İyunda havalar çox isti keçir. Azərbaycanda həmin vaxt hava şəraiti istədiyimiz rejimdə hazırlaşmağa imkan vermir. Ona görə ölkə xaricini, havanın temperaturunun münasib - orta hesabla 15-18 dərəcə olduğu məkanı seçməli olduq. Bu, bizə böyük həcmdə iş görməyə imkan verəcək. Məhz bu baxımdan, Ərzurum planlarımıza uyğun gəldi.

- Hazırlıqda əsas diqqət fiziki çalışmalara yönələcək, yoxsa...
- Futbola baxışım bəzilərinə qeyri- adi görünə bilər. Mən hazırlığı mərhələlərə bölmürəm. Hesab edirəm ki, futbolçunun hazırlığı kompleks olmalı, təlim-məşq toplanışı futbola aid hər şeyi əhatə etməlidir.

- Avroliqadakı sınaqöncəsi oyun praktikası da vacibdir...
- Əlbəttə. 10 günlük Ərzurum hazırlığı yoxlama oyunları baxımından, sıx olmasa da, həmin müddətdə 2 sınaq matçı keçirəcəyik. İyunun 19-da Qəbələyə qayıdacağıq. Avroliqada ilk oyunu evdə, yaxud səfərdə keçirməyimizdən asılı olmayaraq, iyulun 2-dək doğma məkanda hazırlaşacağıq. İlk matçı səfərdə keçirsək, oynayacağımız ölkəyə 1 gün əvvəl yollanacağıq.

- Yəqin ki, Qəbələdə də yoxlama oyunu nəzərdə tutulub.
- Bəli. Xaricdən bir komanda dəvət etməyi planlaşdırmışıq. Bunun qonşu Gürcüstandan olacağına ümid edirəm. Güclü gürcü komandalarından biriylə qüvvəmizi sınamaq istərdim. Əvvəla, Gürcüstan məsafə baxımından Azərbaycana yaxındır. İkincisi də, Gürcüstan futboluna böyük hörmətlə yanaşırıq.

- İyunun 22-də keçiriləcək püşkdən nə gözləyirsiniz?
- Biz başa düşməliyik ki, püşkatmanın da özəllikləri var. Nə gözləməli olduğumuzu bilirik. “Qəbələ”nin Avropada reytinqi çox aşağıdır. Buna görə də istənilən mərhələdə püşkün bizim üçün münasib olacağını düşünmürəm. Yəni hər mərhələdə bizə güclü rəqiblər düşəcək, hər zaman səpələnməmişlər arasında olacağıq. Ona görə də hətta startda yetərincə ciddi rəqiblə üz-üzə gələ bilərik. Buna çox sakit yanaşmalı, güclü rəqibə qarşı hazır olmalıyıq. Avrokuboklarda nə vaxt səpələnmişlər arasında olsaq, onda münasib rəqiblə düşə bilərik.

- Avroliqada əsas məqsəd nə olacaq?
- İlk növbədə Avropada reytinqimizi, “Qəbələ”nin adını və nüfuzunu qaldırmağı düşünməliyik. Klubu Avropada tanıtdırmaq lazımdır. Bunun üçün isə qələbələr qazanıb, imkan daxilində çox irəliləməliyik. Belə olarsa, növbəti illərdə işimiz asan olacaq. Bundan sonra tanınmış futbolçuları xaricdən “Qəbələ”yə cəlb etmək də çətin olmayacaq.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X