12:27 12.06.2015 573

Zaur Əzizov: "Minimal vəzifə mərhələ keçməkdi"

"Mövsümə yüksək notlarda yekun vurduq. Təbii ki, çempionatın əvvəlini və sonunu nəzərə alsaq, arada ciddi şəkildə fərqlənən komandaların olduğunu görərik. Mövsümün əsas, həlledici oyunları aprel və may aylarında olur. Adətən, həmin vaxt komandalarda bir qədər yorğunluq olur, müəyyən səbəblərdən sabit çıxış edə bilmirlər. Ancaq sevindirici hal odur ki, biz 2 mövsümdür aprel və may aylarının uğurlu komandasıyıq”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş meneceri Zaur Əzizov deyib.


Başa çatan 2014/15 mövsümünü dəyərləndirən klub rəsmisinin sözlərinə görə, komandanın son 2 aydakı həlledici oyunlarda uğurlu çıxışı ümumi nəticəyə birbaşa təsir göstərib: “Biz qarşıya qoyulan minimal hədəfə çatdıq. Təbii ki, maksimum hədəf mövsümü çempion kimi bitirmək idi. Ancaq qış fasiləsinə hansı şəkildə yollanmağımızı nəzərə alsaq, son nəticə qənaətbəxş sayılmalıdır Qış fasiləsində kimsə desəydi ki, “Qəbələ” çempionatı mükafatçılar sırasında bitirəcək, bu, yəqin ki, çoxlarına müşkül bir məsələ kimi görsənərdi. Ancaq komandamız, baş məşqçi, məşqçilər korpusu işin öhdəsindən gəldi. Təbii ki, klub da onlara uğur qazanmaq üçün hər cür dəstək verdi. Nəticədə, klubda çalışan hər bir insanın əməyi sayəsində komandamız mövsümü bürünc medallarla başa vurdu”.


"Qəbələ"ni bundan sonra daha çətin sınaq gözləyir. Çünki “qırmızı-qaralar” Avropa Liqasında çıxış edəcək. Əzizov bildirib ki, adətən, “Qəbələ” kimi komandaların avrokuboklarda məqsədi bacardıqca irəliləməkdi: “Bilirik ki, püşkdə bəxtimizə ciddi futbol ölkəsinin təmsilçisi də düşə bilər. Məsələn, İngiltərənin “Vest Hem” klubu “Fair Play”a əsasən, Avropa Liqasına vəsiqə qazanıb. Yəni Azərbaycan klublarına düşə biləcək rəqiblər arasında ciddi fərq var. Əlbəttə, bir neçə mərhələ keçmək istəyirik. Necə ki, bu mövsüm minimal vəzifə yerinə yetirildi, avrokuboklarda da minimal vəzifə hələ ki ilkin mərhələni keçməkdi. Sözsüz ki, burada püşk də öz rolunu oynayır və ondan sonra daha konkret hədəf qoymaq olar. İndidən bir neçə mərhələ keçmək və qrupa düşmək barədə danışmaq çox tezdi. Fikirləşirəm ki, bunlarla beynimizi yormağa hələ dəyməz”.


İyunun 22-də UEFA-nın Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatmada rəqib müəyyənləşəcək. “Qəbələ”nin Avropada reytinq xalının olmaması işi çətinləşdirir. Odu ki, böyük ehtimalla komanda güclü rəqiblə düşəcək. Bu amil qarşıya qoyulan vəzifəyə mane ola bilərmi: “Ötən mövsüm Avropa Liqasında çıxışımız, həqiqətən, çox böyük təcrübəsizlik fonunda baş verdi. Komandada gözlənilməz dəyişikliklər ucbatından turnirə istənilən şəkildə hazırlaşa bilmədik. Bunun məntiqi davamı “Qəbələ”nin ilk mərhələdəcə çıxışını yekunlaşdırması oldu. Mənə elə gəlir ki, indi daha təcrübəliyik, komanda olaraq hazırlıqlıyıq. Çünki mövsümdə çıxış etmiş, ən azı, 15-16 futbolçu sıralarımızda qalıb. Ona görə də bu dəfə avrokuboklara daha hazırlıqlı yollanacağımızı düşünürəm”.//"Qəbələ İK"


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X