"Klubun həkim-fizioterapevt Rahim Məhərrəmovu kimin əvəzləyəcəyinə yaxın günlərdə aydınlıq gələcək. Onun köməkçiləri, tibbi personalda çalışan Rövşən Məmmədovla Namiq Hüseynov işlərini davam etdirirlər". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib.
Klub rəsmisi Məhərrəmovun gedişinə görə təəssüflənib: "Çox təəssüf edirik ki, Rahim Məhərrəmov bizi tərk etmək məcburiyyətində qaldı. O, iki ildə komandamızda çox uğurlu şəkildə çalışdı. Kollektivimizin ən önəmli üzvlərindən biri idi. Ancaq iş elə gətirdi ki, məcburiyyətdən yollarımızı ayırdıq. Çünki o, paytaxtda yaşamalı, ailəsinin yanında olmalı idi. Bəlkə nə vaxtsa yollarımız yenidən kəsişdi".
Fanat.az