“Qəbələ” Futbol Akademiyasında kadr dəyişikliyi gerçəkləşib. Fanat.az xəbər verir ki, türk məşqçi Uğur Kurtun klubdakı fəaliyyəti başa çatıb.
2009-ci ildən akademiyada qapıçılarla çalışan məşqçi vətəninə yollanıb. Vaxtilə “Qalatasaray”da qapıçıların məşqçisi olan Kurt karyerasını yenidən Türkiyədə davam etdirəcək. Buna 6 ildi akademiyada çalışan 44 yaşlı mütəxəssislə müqavilənin başa çatması səbəb olub.
“Qəbələ” İdman Klubu Uğur Kurta akademiyadakı fəaliyyətinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayıb.
Fanat.az