11:46 15.06.2015 542

Andrey Popoviç: "Rəqabətdən danışmaq tezdi"

2015-2016 mövsümünə hazırlığı Ərzurumda davam etdirən “Qəbələ” təlim-məşq toplanışının I hissəsinin 5 gününü arxada qoyub. Mövsümlərarası fasilədə “qırmızı-qaralar”a qoşulan Andrey Popoviç Türkiyə toplanışı ilə bağlı fikirlərini gabalafc.az saytına açıqlayıb: 

“Hazırlığımızı gündə iki dəfə məşq keçməklə davam etdiririk. Qısa yay fasiləsindən sonra yeni komandanın düşərgəsinə qoşulmuşam. İstirahətdən sonra məşqlərə başlamaq bir az ağır olur. Amma vaxt keçdikcə, uyğunlaşırsan. Çox şadam ki, "Qəbələ" kimi hədəfləri böyük olan komandaya cəlb olunmuşam. “Qəbələ” mənim üçün yeni komanda olsa da, bu klubda çıxış edən futbolçuların əksəriyyətini çoxdan tanıyırdım. Üstəlik, komandada ukraynalı məşqçilər və futbolçular da var.  Bütün bunlar komandaya qısa zamanda uyğunlaşmağıma kömək etdi”.

Popoviç daha iki qapıçısı olan komandadakı rəqabətin faydasından və qolkiperlərlə çalışan məşqçi Andrey Qluşenko haqda  fikirlərini bölüşüb: “Qəbələ”nin qapıçılarla çalışan məşqçisi Andrey Qluşenkonun hazırlıq proqramı ilə tanış oldum. İndiyədək belə məşq proqramı görməmişdim. Belə hazırlıq prosesinə uyğunlaşmaqda Qluşenkonun özü də kömək etdi. O, mənə dəstək olur. Mən “Qəbələ”yə keçəndə bilirdim ki, bu komandada Dmitri Bezotosnı, Anar Nəzirov kimi qapıçılar var. Bu üzdən də rəqabətin olacağını bilirdim. Kim güclüdürsə, o da şans qazanacaq. Lakın bura yeni gəldiyimdən qısa müddətdə rəqabətdən danışmaq tezdir. Ümumilikdə rəqabət futbolçuların yalnız xeyrinə olur. Bu, müsbət məqamdır”.

Azərbaycan millisinin oyun və təlim-məşq toplanışlarında iştirak edən Popoviç Serbiya və Norveçlə keçirilən matçlara dəvət almayıb. Bunun səbəbini açıqlayan qapıçı yenidən yığmaya qayıtmaq üçün əlindən gələni edəcəyini bildirib: “Mövsümün sonunda klubun heyətində oynamadığım üçün Azərbaycan millisinin Serbiya və Norveçlə oyunlarına dəvət almadım. Amma baş məşqçi Robert Prosineçki əvvəl məni heyətə daxil etmişdi. O, elə məşqçidir ki, klubunda çıxış etməyən futbolçunu milliyə cəlb etmir. Hətta yığmanın əsas heyət üzvləri də ilk növbədə klubunda oyun praktikası qazanmalıdı. Mənim də hədəfim “Qəbələ”də əsas heyət qapıçısı kimi möhkəmlənib, yenidən yığmaya qayıtmaqdı”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X