"Qəbələ"yə keçid karyeramda yeni səhifə, yeni hədəflər deməkdi. Yeni komandam Avropa Liqasında çıxış edəcək və Azərbaycan Premyer Liqasında çempionluq uğrunda mübarizə aparacaq". Fanat.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin yeni transferi Sergey Zenyov deyib.
2 illk müqaviləyə imza atan Estoniya millisinin üzvü ilkin təəssüratlarını gabalafc.az-la bölüşüb: "Hədəfləri olan komandada çıxış etmək hər futbolçunun arzusudu. Mən də "Qəbələ"yə keçdiyimə görə məmnunam. "Qəbələ" haqda qiyabi məlumatlara malikəm. İnternet vasitəsilə komandanı, klubun yerləşdiyi şəhəri, şəraiti və bazanı araşdırmışam. Heyətdə daha öncə rəqib kimi qarşılaşdığımız futbolçular var. Bu mənada Qayı, Vernidubu, Bezotosnını tanıyıram. Onların oyununa yaxşı bələdəm. Daha öncə "Karpatı"nın heyətində Avropa Liqasında çıxış etmişəm. Məqsədim təcrübəmdən istifadə edərək komandama həm Avropa Liqasında, həm də ölkə çempionatında kömək olmaqdı".
Fanat.az