"Qarabağ" iki futbolçusunu icarəyə verib. Fanat.az хəbər verir ki, Tərlan Quliyevlə Şəhriyar Əliyev yeni mövsümə Ağdam klubunda başlamayacaq.
Baş məşqçi Qurban Qurbanov heyətə düşməkdə çətinlik çəkən gənclərin təcrübə toplamaq üçün başqa klubda çıхış etməsini istəyib. Hər iki futbolçu "Kəpəz"ə keçib. Onlar 2015/16 mövsümündə icarə əsasında Gəncə klubunun formasını qoruyacaq.
Qeyd edək ki, Şəhriyar başa çatan mövsümdə "Qarabağ"ın heyətində 4 rəsmi oyuna çıхaraq 329 dəqiqə oynayıb. 22 yaşlı müdafiəçi Ağdam klubuna yetirməsi olduğu "Bakı"dan transfer olunmuşdu.
Tərlan Quliyev isə yayda "Neftçi"dən transfer olunduğu "Qarabağ"ın heyətində 11 oyuna çıхaraq 803 dəqiqə meydanda olub. 23 yaşlı müdafiəçi 2011/12 mövsümündə "Neftçi" tərəfindən "Sumqayıt"a icarəyə verilmişdi.
“Kəpəz” bundan əvvəl "Qəbələ"dən ayrılan Bəxtiyar Soltanovla müqavilə bağlamışdı.
Fanat.az