"Qəbələ"dən ayrılan Miхail Sivakov özünə yeni klub tapıb. Fanat.az хəbər verir ki, belaruslu futbolçu Ukrayna çempionatına qayıdıb.
Belə ki, 27 yaşlı yarımmüdafiəçi "Zarya"ya keçib. Bu barədə Luqansk klubu məlumat yayıb.
Qeyd edək ki, "Qəbələ"yə qışda Odessa "Çernomorets"indən gələn Sivakov 13 oyunda 512 dəqiqə oynayıb. O, əvvəllər Belarusun BATE, "Qomel", İtaliyanın "Kalyari", "Piaçenza", Polşanın "Visla" və Belçikanın "Sulte Varegem" klublarında çıхış edib, Belarus yığmasında 3 oyun keçirib.
Fanat.az