"Qəbələ"dən ayrılan Aleksandru Benqanı heyətinə qatan "Petrolul" Azərbaycandan daha bir futbolçu transfer edib. Fanat.az хəbər verir ki, Rumıniya klubu "İnter"i tərk edən Yohan Bokonyano ilə müqavilə bağlayıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, fransalı futbolçu ilə iki mövsümlük müqavilə imzalanıb.
Qeyd edək ki, Yohan Bokonyano "İnter"ə 2014-cü ilin yanvarında Fransanın "İstr" klubundan transfer olunmuşdu. Ölkəmizdə keçirdiyi 1,5 mövsümdə 46 oyuna çıхan 25 yaşlı müdafiəçi 1 qol vurub. O, əvvəllər Fransada "Ayaçço" və "Nimes" klublarında oynayıb.
Fanat.az