Rusiyanın "Anji" klubuna baş məşqçi təyin olunan Yuri Syomin sabiq komandası "Mordoviya"dan yeni futbolçu gətirib. Fanat.az xəbər verir ki, Mahaçqala təmsilçisi "Qəbələ"nin sabiq futbolçusu Lorenzo Ebesilionu transfer edib.
Qeyd edək ki, hollandiyalı futbolçu 2013/14 mövsümündə Syominin rəhbərliyi altında "Qəbələ"də çıxış edib. Ölkəmizdə 37 oyuna çıxan futbolçu 8 qol vurub. O, "Qəbələ"dən başqa Hollandiyanın "Ayaks", Ukraynanın "Metallurq" və Rusiyanın "Mordoviya" klublarında çıxış edib.
Fanat.az