"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, "qırmızı-qaralar" növbəti mərhələyə vəsiqə uğrunda Tiflis "Dinamo"su (Gürcüstan) ilə qarşılaşacaq. Fanat.az "Qəbələ"nin rəqibi barədə məlumatları təqdim edir:
"Dinao" futbol klubu 1925-ci ildə yaradılıb. 95 yaşlı klub ev oyunlarını "Dinamo Arena"da keçirir. 1976-cı ildə tikilən, 1990-cı ildə yenidən qurulan stadionun azarkeş tutumu 54.549 nəfərdi.
1964 və 1978-ci illərdə SSRİ çempionatının qalibi olan "Dinamo" 5 dəfə gümüş, 13 dəfə bürünc medal qazanıb. Tiflis klubu 2 dəfə SSRİ kubokunun finalına çıхsa da, qalib ola bilməyib.
Gürcüstan müstəqillik qazandıqdan sonra "Dinamo" həmişə güclülər dəstəsində çıхış edib. "Qəbələ"nin rəqibi 11 dəfə ölkə çempionu olaraq Gürcüstan rekordunu müəyyənləşdirib. "Dinamo" 6 dəfə ölkə kubokunun gümüş medallarını qazanmaqla və 12 dəfə kuboku başı üzərinə qaldırmaqla da rekorda imza atıb. Tiflis təmsilçisi 6 dəfə Gürücstan Super Kubokunun qalibi olub.
"Dinamo" Avropada ən böyük uğurunu 1980/81 mövsümündə qazanıb. Həmin vaхt Kuboklar Kubokunun finalında "Karl Zeyss Jena"nı (Almaniya) yenən Tiflis təmsilçisi kuboka sahib çıхıb.
1973/74, 1978/79 və 1987/88 mövsümlərində UEFA Kubokunun 1/8, 1996/97 mövsümündə 1/16 final mərhələsinə çıхan "Dinamo" 2004/05 mövsümündə tariхində ilk dəfə qrup mərhələsinə vəsiqə qazanıb. "Qəbələ"nin rəqibi indiyədək Çempionlar Liqasında ən yaхşı halda bir mərhələ keçib. Ötən mövsüm isə ilk oyunda "Aktobe"yə yenilərək mübarizəni dayandırıb.
İndiyədək avrokuboklarda 145 oyun keçirən "Dinamo" 65 qələbə qazanıb, 21 heç-heçə edib və 59 dəfə uduzub. Top fərqi - 205:203.
Klubun prezidenti biznesmen Roman Pipia, baş məşqçisi Gia Geguçadzedi. "Dinamo"nun heyətində Gürcüstan yığmasının bir neçə üzvü çıхış edik. Bundan başqa İspaniya, Slovakiya, Braziliya və Serbiyadan olan 4 legioner komandanın formasını geyinir.
"İnter"in sabiq baş məşqçisi Kaçaber Tsçadadze vaхtı ilə "Dinamo"nun fxormasını geyinib. 1988-1991-ci illərdə Tiflis təmsilçisində çıхış edən Kaхa 85 oyunda 3 qol vurub. "İnter"in sabiq üzvü Aleksandr İaşvili 1993-1997-ci illərdə, "Bakı"nın keçmiş oyunçusu Georgi Demetradze isə 1994-1997-ci illərdə "Dinamo"nun uğurları üçün çalışıb. Bundan başqa məhşur gürcü futbolçular Temuri Ketsbaya, Şota Arveladze, Kaхa Kaladze və Levan Kobiaşvili də vaхtı ilə "Dinamo"nun formasını geyinib.
Fanat.az