"Qəbələ"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Dinamo" dünən yoxlama görüşündə qüvvəsini sınayıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Tiflis təmsilçisi Sloveniyada təlim-məşq toplanışı çərçivəsində bu ölkənin "Zavrç" klubu ilə qarşılaşıb.
Bu oyun 2:0 hesabı ilə "Dinamo"nun xeyrinə başa çatıb. Gürcüstan təmsilçisi Rumıniyanın "Petrolul" klubu ilə də yoxlama oyunu keçirmək istəsə də, əlverişsiz hava şəraitindən matç baş tutmayıb.
Qeyd edək ki, "Dinamo" və "Qəbələ" arasında ilk oyun iyulun 2-də Tiflisdə, cavab qarşılaşması isə bir həftə sonra Qəbələdə keçiriləcək.
Fanat.az