"Qəbələ"dən ayrılan Ruslan Abışovun yeni klubunun adına böyük ölçüdə aydınlıq gəlib. Fanat.az-ın əldə etdiyi məlumata görə, millimizin üzvü karyerasını böyük ölçüdə yenidən "Xəzər Lənkəran"da davam etdirəcək.
Məlumata görə, Abışovla "Xəzər Lənkəran" arasında böyük öçüdə razılıq əldə olunub. Yaхın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Ruslan 2012-ci ildən "Neftçi"dən "Xəzər Lənkəran"a transfer olunmuşdu. Lənkəran klubunda bir mövsüm keçirən (22 oyun, 2 qol) 27 yaşlı futbolçu Rusiyanın "Rubin" klubuna keçmişdi.
Fanat.az