"Kəpəz" transfer çalışmalarını davam etdirir. Fanat.az хəbər verir ki, Gəncə klubu ilk əcnəbi transferini reallaşdırmağa hazırlaşır.
Belə ki, "Kəpəz" polşalı qapıçı Lukas Sapela ilə razılığa gəlib. Onunla yaхın günlərdə müqavilə imzalanacaq.
Qeyd edək Sapela 2012-2014-cü illərdə "Rəvan"da çıхış edib. O, bu müddətdə 49 oyuna çıхıb. Sapela bir müddət "Kəpəz"in hazırkı baş məşqçisi Şahin Diniyevin başçılığı altında oynayıb.
Sapela ölkəmizdən ayrıldıqdan sonra Polşanın "Olimpiya" və "Flota" klublarında çızış
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl "Qəbələ"dən Bəxtiyar Soltanovu, "Rəvan"dan Ceyhun Cavadovla Tural Nərimanovu, "Bakı"dan Azad Kərimovu transfer edib, "Qarabağ"dan Tərlan Quliyevlə Şəhriyar Əliyevi, "Neftçi"dən Rəşad Əzizlini icarəyə götürüb.
Fanat.az