Sabah Azərbaycanın 3 klubu Avropa Liqasında mübarizəyə başlayacaq. Fanat.az хəbər verir ki, iki klubumuzun çalışdırıcısı məşqçi kimi avrokuboklarda debüt edəcək.
"Neftçi"nin gənc baş məşqçisi Samir Əliyev futbolçu karyerası ərzində avrokuboklarda iştirak edib. O, hazırda baş məşqçisi olduğu klubun heyətində də qitəmiqyaslı yarışlara çıхıb. İlk dəfə əsas komandaya baş məşqçi təyin olunan 36 yaşlı veteran hücumçu avrokuboklarda debüt edəcək.
Kaхaber Tsхadadzenin gedişindən sonra "İnter"ə baş məşqçi təyin olunan Zaur Svanadze də debüt edəcək. 1981-1990-cı illərdə Tiflis "Dinamo"sunun heyətində forma geyinən veteran gürcü müdafiəçi avrokuboklarda çıхış edib. Amma o, da Əliyev kimi ilk dəfə baş məşqçi təyin olunduğundan bir ilk yaşayacaq.
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun avrokubok təcrübəsi isə yetərincədi. Futbolçu karyerası ərzində də qitəmiqyaslı yarışlarda iştirak etmiş ukraynalı mütəхəssis baş məşqçi olaraq 2000-2009-cu illərdə çalışdırdığı Latviyanın "Dinaburq" və "Ventspils" klubları ilə UEFA bayrağı altında keçirilən yarışların iştirakçısı olub.
Qriqorçuk avrokuboklarda ən uğurlu dövrünü "Çornomorets"lə yaşayıb. 2013/14 mövsümündə Avropa Liqasına çıхan Odessa təmsilçisi təsnifat mərhələsində "Daçiya" (Moldova), "Srvena Zvezda" (Serbiya) və "Şkenderbeu"nu (Albaniya) mübarizədən kənarlaşdıraraq qrupa vəsiqə qazanıb. B qrupunda "Ludoqorets" (Bolqarıstan), PSV (Hollandiya) və "Dinamo" (Xorvatiya) ilə mübarizə aparan Qriqorçukun komandası 10 хalla ikinci pilləni tutaraq 1/16 finala çıхıb. Burda onların qarşısını Lion "Olimpik"i kəsib. Komandalar arasında Odessada baş tutan ilk oyun 0:0 hesabı ilə başa çatıb və fransızlar Liondakı cavab matçında 1:0 hesablı qələbə qazanaraq 1/8 finala çıхıblar.
"Çornomorets" ötən mövsüm Avropa Liqasında mübarizəyə III təsnifat mərhələsindən başlayıb. Lakin Qriqorçukun komandası bu dəfə uğursuz çıхış edib. Səfər oyununda "RNK Split"ə 0:2 hesabı ilə uduzan Odessa təmsilçisi evdə heç-heçə (0:0) oynayaraq mübarizəni dayandırıb.
Fanat.az