Bu gün Avropa Liqasında III təsnifat mərhələsinin ilk görüşlərinə start verilib. Fanat.az хəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Günün yeganə oyunu Çexiyada baş tutub. "Yablonets"in qonağı olan Danimarka təmsilçisi "Kopenhagen" 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, mərhələnin qalan oyunları sabah keçiriləcək. Azərbaycan təmsilçilərindən "Qəbələ" "Apollon"un (Cənubi Kipr), "İnter" "Atletik"in (İspaniya) qonağı olacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
İlk oyunlar
29 iyul
Yablonets (Çexiya) - Kopenhagen (Danimarka) 0:1
Qol: Benjamin Verbiç, 51.
Qırmızı vərəqə: Stanislav Tecl, 69 (Yablonets).
Fanat.az