Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" üçüncü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində səfərdə Cənubi Kiprin "Apollon" klubunun qonağı olacaq. Fanat.az xəbər verir ki, "qırmızı-qaralar" sözügedən qarşılaşma üçün Bakını tərk edib.
Əldə etdiyimiz məlumata görə, təmsilçimiz yeni transferi Ermin Zets də "Apollon"la oyuna sifariş verəcək. Məsələnin oyuna bir gün qalmış reallaşacağı gözlənilir. Bosniyalı oynayıb-oynamayacağına isə klubun baş məşqçisi Roman Qriqorçuk verəcək.
Qeyd edək ki, "Apollon" - "Qəbələ" matçı sabah saat 22.00-da start götürəcək. //Sport7.az
Fanat.az