Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ" və Şotlandiyanın "Seltik" komandaları arasında baş tutacaq oyununun biletləri bu həftə satışa çıxır. Bu barədə "Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimov anspress-ə məlumat verib.
Onun sözlərinə görə, həftənin bazar günü - yəni avqustun 2-si biletlər Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışa çıxarılacaq.
Biletlərin qiyməti sektorlardan asılı olaraq 1-10 azn arasında dəyişəcək. VİP sektorda matçı izləmək istəyənlər isə 50 AZN-dən keçməli olacaq. Hər bir azarkeş maksimum 3 bilet ala bilər. "Qara bazar"ın qarşısını almaq üçün xüsusi mühafizə xidmətinin əməkdaşları da satış müddətində kassa qarşısında xidmət çəkəcəklər.
Fanat.az