Şotlandiyanın "Seltik" klubunun yarımmüdafiəçisi Stefan Yohansen Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Fanat.az xəbər verir ki, futbolçu bunları deyib:
"Bizə cavab oyununda da qol vurmaq lazımdı. Çünki belə oyunlarda səfər qolu vacib əhəmiyyət daşıyır. İlk oyunda qol buraxmamaq da bizim üçün vacib idi. Buna nail olduq, üstəlik, qol da vurub, qalib gəldik. Fikrimcə, cavab oyunu öncəsi yaxşı nəticəyə nail olmuşuq. Amma hələ işimizi tamamlamamışıq. İndiki vəziyyətdə yaxşı üstünlük əldə etmişik. Ancaq düşünmürəm ki, mübarizənin taleyi artıq həll olunub. Bakıdakı matçda mütləq qol vurmalıyıq. Bunu bacarsaq, işimiz asanlaşacaq".
Fanat.az