Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Seltik" qarşılaşmasının biletlərinin satışı bu gün bərpa olunub. Fanat.az xəbər verir ki, dünən klub tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilmiş və kassa ətrafına polis briqadaları yerləşdirilmişdi.
İndi eyni zamanda klub işçiləri və könüllülərdən ibarət gənclər satışa nəzarət edir və azarkeşlərin sıra ilə bilet almasını təmin edir.
"Qarabağ" rəhbərliyi vətəndaşlardan xahiş edir ki, qanunsuz bilet alverinin qarşısının alınması üçün mütləq kassalardan bilet alsınlar. Kassadan bilet almaqla "işbaz"ların alverinə zərbə vuraraq vətəndaşlıq mövqeyini sərgiləmiş olarsız.
Fanat.az