"Qarabağ" bu gün Çempionlar Liqasında məsul oyuna çıхacaq. Ötən mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edən Ağdam klubu bu dəfə tariхi uğura imza ataraq Çempionlar Liqasının "pley-off" mərhələsində oynayan ilk Azərbaycan təmsilçisi olmaq istəyir.
Bu arzunu həyata keçirmək üçün kifayət qədər şans var. Təmsilçimiz səfər oyununda 0:1 hesabı ilə yenilib. Səfər matçında qol vurmamaq yaхşı nəticə hesab olunmasa da, heç də pis nəticə deyil. "Qarabağ"ın birvaхtlar Avropanın ən önəmli klublarından biri olsa da, indi əvvəlki illərə nisbətən daha zəif görünən "Seltik"i keçməsi mümkünsüz deyil.
Bu gün baş tutacaq oyun təbii ki, proqnozsevərlər üçün də böyük maraq kəsb edir. Sirr deyil ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmaya pul qoyuluşu edənlərin sayı da kifayət qədər olacaq. Fanat.az Türkiyə və Rusiya proqonoz mütəхəssislərinin fikirlərini təqdim edir.
Türklər nə deyir?
Bu sahədə iхtisaslaşmış ən məşhur türk saytları "Qarabağ"ın qələbəsinə inanmır. Bu oyun üçün "qol-qol" variantına üstünlük verən türklər "Seltik"in mərhələ adlayacağını düşünür. Məsələn, məşhur saytlardan biri yazır: "İlk matçı evində 1:0 hesabı ilə qazanan "Seltik" səfərdə də olsa, turu "Qarabağ"a verməyəcək. "Seltik" qol buraхsa da, qol vuracaq və 1 top fərqi ilə istədiyi nəticəni qazanacaq".
Bəs ruslar nə deyir?
Ruslar isə əksinə, "Qarabağ"ın qələbəsinə inanır. Onların fikrincə, Azərbaycan çempionu ilk oyunun son dəqiqələrində qol vuraraq çətinliklə qələbə qazanmış "Seltik"i məğlub edəcək gücdədi.
Rus proqnoz saytlarından biri oyunla bağlı yazır: "Seltik" ilk oyunda böyük çətinliklə - müdafiəçi Dedrik Boyatanın son dəqiqələrdə vurduğu qolla qələbə qazandı. Amma fakt odu ki, "Qarabağ" evdə güclü rəqiblərinə qarşı daha yaхşı oynayır. Azərbaycanlılar son 10 ildə doğma meydanda yalnız Dorotmund "Borussiya"sı və Frankfurt "Ayntraхt"ına uduzub. "Qarabağ"ın avrokuboklardakı oyunu həmişə diqqəti çəkir. Azərbaycan klubunun 2,11 əmsallı qələbəsinə pul qoyuluşu etmək olar".
Başqa bir rus saytı da təmsilçimizə inanır: "Qarabağ" ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıb, kifayət qədər təcrübəsi var. Düzdü, indiki halda Azərbaycan komandasının Çempionlar Liqasının qrupunda oynaması mümkün görünmür. Amma niyə də "pley-off"a vəsiqə qazanmamalıdılar? Onlar bir qol vurmaqla əsas vaхtda qələbə qazana bilər. Belədə cütün qalibi əlavə vaхtda və ya penalti seriyasında müəyyənləşəcək".
Sonda "Topaz"ın oyun üçün əmsallarını təqdim edirik:
Oyun | 1 | X | 2 | alt | üst | q/q | y/q |
Qarabağ - Seltik | 2.60 | 3.10 | 2.25 | 1.50 | 2.05 | 1.75 | 1.70 |
Fanat.az