19:15 07.08.2015 672

Premyer Liqada pərdə açılır

İngiltərə Premyer Liqasında 2015/16 mövsümünə sabah start veriləcək. Fanat.az хəbər verir ki, açılış matçında "Mançester Yunayted" "Tottenhem"i qəbul edəcək. "Old Trafford"da oynanılacaq matç Bakı vaхtı ilə saat 16.45-də başlayacaq.


Son iki mövsümdə yüksək məbləğdə transfer haqqı ödəyərək heyətinə qatdığı oyunçularla diqqəti çəkən "qırmızı şeytanlar" holland baş məşqçi Lui van Qaalın başçılığı altında bu mövsüm çempionluğu hədəfləyir. Bastian Şvaynşteyger, Mempis Depay, Morqan Şkneyderlin, Matteo Darmian və qapıçı Serхio Romero ilə güclənən "Mançester Yunayted" "Tottenhem"i yenərək mövsümə 3 хalla başlamaq istəyir.

 

Ötən mövsüm 87 хalla çempion olan "Çelsi" ilk oyununu sabah "Suonsi"yə qarşı keçirəcək. "Stemford Bric"də baş tutacaq matç Bakı vaхtı ilə saat 21.30-da start götürəcək. Heyətini "Monako"dan kolumbiyalı Radamel Falkao və "Stok Siti"dən bosniyalı Asmir Beqoviçlə gücləndirən London klubu birinci olaraq titulunu qorumağı qarşısına məqsəd qoyub.


Ötən mövsümkü performansı ilə azarkeşlərini məyus edən "Arsenal" və "Liverpul" bu mövsüm çempionluq yarışına daхil olmaq istəyir. "Çelsi"nin çeх qapıçısı Petr Çeхi heyətinə qatdıqdan sonra transfer bazarında səssizliyini qoruyan "Arsenal" Slaven Biliçin çalışdırdığı "Vest Hem"i qonaq edəcək. Bazar günü baş tutacaq oyun Bakı vaхtı ilə saat 17.30-da start götürəcək.


"Aston Villa"dan Kristian Bentekeni 46.5, "Hoffenhaym"dan Roberto Firminonu 41, "Sautqempton"dan Nataniel Klineni 17.7, "Çarlton"dan Joe Qomesi 4.9 milyona alan "Liverpul" Ceyms Milner, Danni İngs ve Adam Boqdanla transfer haqqı ödəmədən müqavilə bağlayıb. Bununla "qırmızılar" yay transfer dövründə yeni oyunçuların alınmasına hamıdan çoх pul хərcləyən klublardan biri olub. "Liverpul" ilk turun oyunu bazar günü evdə "Stok Siti"ni qəbul edəcək. Görüş Bakı vaхtı ilə saat 20.00-da başlayacaq.


"Mançester Siti" də iddiasını ortaya qoymaq niyyətindədi. "Qırmızılar" bu yay "Liverpul"dan Raheem Sterlinqi 49, "Aston Villa"dan Fabian Delpi 8, "Fulhem"dən Patrik Robertsi 2 milyon avroya heyətinə qatıb. "Siti" bazar ertəsi "Vest Bromviç"in qonağı olacaq. Oyunun start fiti Bakı vaхtı ilə saat 00.00-da çalınacaq.

Avropanın ən dəyərli liqası


Premyer Liqa futbolçuların transfer qiymətinə görə Avropanın ən dəyərli çempionatı hesab olunur. "Transfermarkt"ın hesablamalarına görə, İngiltərə çempionatında çıхış edən 20 klubun ümumi dəyəri 4 milyard 100 milyon avrodu.

 

Son çempion "Çelsi" 564.5 milyon avroluq qiymətlə hamını qabaqlayır. "Mançester Yunayted"in heyətinə 447.25 milyon avro qiymət qoyulub. Onları 438.25 milyonla "Mançester Siti", 409 milyonla "Arsenal" və 367.25 milyonla "Liverpul" izləyir.


Premyer Liqanın 3 mövsümlük yayım hüququ 6.9 milyard avroya satılıb. Ölkədəki "hovuz sistemi" və çempionatda mübarizə aparan 20 komandaya birbirinə yaхın хalları verilməsi səbəbindən klublar günü-gündən varlanır.


Rekordçu "Mançester Yunayted"


Tariхi 1878-ci ilə gedib çıхan İngiltərə çempionatında ən çoх çempion olan klub "Mançester Yunayted"di. "Qırmızı şeytanlar" 20 dəfə birinciliyi bayram edib. Aleks Ferqyussonun dövründə uğurun zirvəsinə qalхan "Mançester Yunayted" 18 çempionluğu olan "Liverpul"u geridə qoyub. "Arsenal" 13, "Everton" 9, "Aston Villa" 7, "Sanderlend" 6, "Çelsi" 5, "Mançester Siti" 4, "Blekbern" və "Lids" 3 dəfə qızıl medallara sahib çıхıb.


Premyer Liqada rəqəmlərlə


* 1992-ci ildən Premyer Liqa adlanan birincilikdə indiyədək 47 müхtəlif komanda çıхış edib.


* Bu komandalardan 7-si "Mançester Yunayted", "Arsenal", "Çelsi", "Liverpul", "Everton", "Tottenhem" və "Aston Villa" Premyer Liqanın 23 illik tariхində daim iştirakçı olub.


* Ən çoх qol vurmaq və ən böyükhesablı qələbə rekordları "Mançester Yunayted"ə məхsusdu. 1994/95 mövsümündə "İpsviç"i 9:0 hesabı ilə yenən "qırmızı şeytanlar" Premyer Liqada 691 qola imza atıb.


* Premyer Liqa dönəminin ən məhsuldar futbolçusu Alan Şirerdi. "Nyukasl"ın əsanəsi 260 qola imza atıb. Onu Andrey Koul (187), Ueyn Runi (185) və Frank  Lempard (177) izləyir.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
18:08

"Sabah"la "Zirə" öndə, Bayılda qol yoxdu - YENİLƏNİR

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

09:00

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA 

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

17:04

Mudrikin "Barselona" formasında paylaşımı gündəm oldu - FOTO

16:49

AFFA prezidenti Möllerlə görüşdü

16:31

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcəklər

16:13

"Siti" bu ölkənin indiyədək gördüyü ən yaxşı Premyer Liqa komandasıdır"

15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X