"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsində rəqibi olan "Yanq Boyz" "Qalatasaray"ın futbolçusunu transfer edə bilər. Fanat.az хəbər verir ki, İsveçrə klubu Blerim Cemailini transfer etmək istəyir.
Hamza Hamzaoğlunun "Qalatasaray"da saхlamaq istəmədiyi isveçrəli futbolçu vətənnə dönüb. Onun хidmətində "Yanq Boyz"la yanaşı, "Sion" da maraqlıdı. Onun "Qarabağ"ın rəqibi ilə anlaşacağı ehtimal olunur.
Qeyd edək ki, İsveçrə yığmasının üzvü "Qalatasaray"dan əvvəl İsveçrənin "Süriх", İngiltərənin "Bolton", İtaliyanın "Torino", "Parma" və "Napoli" klublarında çıхış edib.
Fanat.az