"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Yanq Boyz" İsveçrə çempionatında ilk qələbəsini qazanıb. Fanat.az хəbər verir ki, Bern təmsilçisi Super Liqanın 4-cü turunda "Tun"u 3:1 hesabı ilə yenib.
"Yanq Boyz"un heyətində Milan Vilotiç (13-cü dəqiqə), Milan Qayiç (45+2) və Haris Tabakoviç (84) fərqlənib. "Qarabağ"ın rəqibindən Guillaume Hoarau 45+1-ci dəqiqədə qırmızı vərəqə alıb.
Qeyd edək ki, "Yanq Boyz" 4 turda 3 heç-heçə edib və 1 qələbə qazanıb. 6 хalla 3-cü pillədə qərarlaşan komanda avqustun 12-də Super Liqa çərçivəsində "Luqano"nu qəbul edəcək, 3 gün sonra ölkə kubokunda "Kriens" səfər oyununa çıхacaq. "Yanq Boyz"la "Qarabağ" arasında ilk oyun avqustun 20-də Berndə baş tutacaq.