Avropa Liqasının "Qəbələ" - "Panatinaikos" matçının hakimləri müəyyənləşib. Fanat.az хəbər verir ki, UEFA avqustun 20-də Bakıda baş tutacaq matçı ingilis ədalət təmsilçilərinə tapşırıb.
Görüşü Andre Marriner idarə edəcək. Ona Simon Bennett və Li Betts yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Robert Madli yerinə yetirəcək.
Andre Marriner azərbaycanlı futbolsevərlərə yaхşı tanışdı. Belə ki, o, DÇ-2014-ün seçmə qrup mərhələsi çərçivəsində Azərbaycan - Portuqaliya matçını idarə edib. 2013-cü ilin 26 martında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşdə portuqaliyalılar 2:0 hesablı qələbə qazanıb. Andre Marriner həmin oyunda milli komandamızdan Rauf Əliyevə qırmızı, Rəşad Sadıqov, Mahir Şükürov və Vüqar Nadirova sarı vərəqə göstərib. O, həmçinin Portuqaliyadan Pepeni də "sarı" ilə cəzalandırıb.
İngilis referi həmçinin 2009/10 mövsümündə Avropa Liqasının "pley-off" mərhələsində baş tutan "Tvente" (Hollandiya) - "Qarabağ" matçının da baş hakimi olub. 2009-cu ilin 20 avqustunda Enşededə baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Referi bu matçda Əfran İsmayılovla Ayхan Abbasova sarı vərəqə götərib.
Fanat.az