Avropa Liqasının "pley-off" mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Yanq Boyz" matçının saatı müəyyənləşib. Fanat.az хəbər verir ki, avqusutun 27-də keçiriləcək görüş saat 21.00-da başlayacaq.
Oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandalar arasında avqustun 20-də Berndəki "Stade de Suisse" stadionunda keçiriləcək oyun Bakı vaхtı ilə saat 23.00-da start götürəcək.
Fanat.az