AVRO-2016-nın seçmə mərhələsinin oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilə səbəbilə Zaqatalada toplanışda olan "Rəvan" ilk yoxlama oyununu keçirib.
Fanat.az xəbər verir ki, paytaxt klubu avqustun 29-da Zaqatala Olimpiya Kompleksinin stadionunda yeni mövsümdə I divizionda mübarizə aparacaq "Zaqatala” klubu ilə qarşılaşıb. Matç qolsuz bərabərliklə yekunlaşıb.
Qeyd edək ki, "Rəvan" növbəti yoxlama görüşünü sabah "Qəbələ”nin əvəzedici komandasına qarşı keçirəcək. Qəbələdə baş tutacaq duel saat 18.30-a təyin olunub.
Fanat.az