"Digər rəqiblərlə müqayisədə "Qəbələ"ni təcrübəsiz komanda saymaq olar. Amma bu, elə də böyük əhəmiyyət daşımır". Fanat.az xəbər verir ki, bu sözləri Yunanıstan PAOK-unun futbolçusu Aleksandros Tsiolis deyib.
Sabah "Qəbələ"nin qonağı olacaq yunan klubunun futbolçusu bunları bildirib: "Qəbələ"nun "Panatinaikos"a qarşı necə oynadığını, mübarizədən kənarlaşdırdığını görmüşük. Amma biz istənilən halda qələbəyə oynayacağıq. "Qəbələ"nin taktiki hazırlığı barədə tam ətraflı məlumatlı olduğumuzu deyə bilmərəm. Amma onlara qarşı mübarizə aparmaq üçün lazım olan məlumatlara sahibik".
Tsiolis oyuna hazır olduğunu deyib: "Fiziki hazırlığımda heç bir problem yoxdu. Özümü oyuna hazır hiss edirəm. Bacardığımı meydanda göstərəcəm".
Fanat.az