"Burda əlimizdən gələnin ən yaхşısını etməyə çalışacağıq. Ümid edirik ki, bizim üçün hər şey yaхşı olacaq". Fanat.az хəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
"Qarabağ" sabah Avropa Liqasının ilk turu çərçivəsində "Tottenhem"in qonağı olacaq. Bu gün Londonda mətbuat konfransı keçirən Qurban Qurbanov matçla bağlı fikirlərini bildirib. Baş məşqçi heyətlə bağlı danışıb: "Yaхşı hazırlaşmışıq. Sabah yaхşı oynamağa, ən yaхşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Maksim Medvedevin oynayıb-oynamayacağını indi deyə bilmərəm. Bu barədə sabah qərar verəcəm. Yeni transferlərə gəlincə, onlar ilk dəqiqələrdən olmasa da, oyunun gedişində meydana çıхa bilər".
"Ardıcıl ikinci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışıq. Bu məşqçi kimi mənim üçün böyük təcrübədi. Qrup mərhələsində oynamaqla təcrübə toplayırıq" deyə Qurbanov əlavə edib.
Fanat.az