19 yaşadək qızlardan ibarət millimiz (U-19) hazırda Böyük Britaniyadadır. Belə ki, Avropa çempionatının ilkin seçmə mərhələ oyunları üçün Uelsdə olan U-19 yığmamız dünən fasilədən yararlanaraq İngiltərəyə gedib.
Fanat.az xəbər verir ki, millimizin baş məşqçisi Patrisiya Qonsales, onun köməkçiləri Viktor Miqel Fernandes və Rikardo da Silva, eləcə də tərcüməçi Vüqar Əliyev İngiltərənin ən məşhur klublarından olan "Mançester Yunayted"in stadionuna - "Old Trafford"a baş çəkiblər.
Qeyd edək ki, millimiz sentyabrın 15-də Uelsə 4:1, bundan 2 gün sonra Belçikaya 3:0 hesabları ilə qalib gəlməklə elit mərhələyə vəsiqə qazanıb. Komandamız sabah Bakı vaxtı ilə saat 12:00-da Xorvatiya ilə 3-cü qrupun son görüşünə çıxacaq.//Qaynar.info
Fanat.az