Topaz Premyer Liqasının V turunda “Sumqayıt”la qarşılaşacaq “Qəbələ” sentyabrın 21-də baş tutacaq görüşün hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin I turunun ayın 17-də keçirilən PAOK-la (Yunanıstan) matçından (0:0) sonra məşqlərinə ara verməyən komanda dünən Qəbələdə çalışıb.
Oyunun ertəsi günü Bakıda ADBTİA stadionunda məşq edən “qırmızı-qaralar” doğma arenaya qayıtdıqdan sonra da iki qrupla hazırlıq keçib. Belə ki, PAOK-la qarşılaşmanın iştirakçıları fiziki çalışmalara üstünlük veribsə, digərləri meydanda məşq edib. “Qəbələ” sabah oyunöncəsi son məşqini keçirəcək.
Fanat.az