Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" sabah Türkiyə Kubokunun 2-ci turu çərçivəsində "Kurtalanspor"la qarşılaşacaq.
Sport7.az xəbər verir ki, izmirlilər artıq bu məqsədlə Diyarbakıra yola düşüb.
Ağayevin komandası buradan da Batmana yola düşəcək. Komandanın baş məşqçisi Cüneyt Dumlupınarın da "Kurtalanspor" üçün açıqladığı heyət də bəlli olub. Maraqlıdı ki, baş məşqçi Kamran Ağayevin xidmətinə ehtiyac duymayıb. Kamranı heyətə daxil etməyən baş məşqçisi, əvəzindədigər qapıçılar Ersin Aydın, Erhan Erentürkə güvənib.
Qeyd edək ki, qarşılaşma sabah 15:30-da start götürəcək.
Fanat.az