UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edən "Rəvan" bu gün Moskvaya yollanacaq. Fanat.az xəbər verir ki, qitə miqyaslı turnirin I mərhələsinin ilk oyunu çərçivəsində "Spartak”la (Moskva) qarşılaşacaq "aslanlar" saat 20.00-da Heydər Əliyev adına Hava Limanından yola düşəcək.
Moskvada "Holiday İnn” otelində məskunlaşacaq komanda sabah oyunun keçiləcəyi "Spartak" stadionunun IV meydançasında məşq edəcək.
Qeyd edək ki, "Spartak” - "Rəvan” matçı sentyabrın 30-da, Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. I mərhələnin cavab oyunu isə oktyabrın 21-də "Dalğa Arena” stadionunda keçiriləcək.
Fanat.az