17:00 07.01.2016 404

"Qəbələ" bəyanat yaydı

"Qəbələ" klubu bəyanat yayıb. Fanat.az  xəbər verir ki, yayılan bəynatda son 3 mövsümdə əvəzedici komandada baş məşqçi kimi çalışmış Luis Araqonla müqavilə öhdəliklərinin yerinə yetirilməməsinə dair mətbuatda yer alan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.

 

Klubun yaydığı bəyanatda deyilir: "Diqqətinizə çatdırmaq istərdik ki, klub rəsmiləri tərəfindən məsələ ilə bağlı daha öncə verilən açıqlamalarda olduğu kimi, müqavilə şərtləri Luis Araqonun və klubun nümayəndələri tərəfindən bir daha nəzərdən keçirildikdən sonra klub üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirib. Bir daha vurğulamaq istərdik ki, məsələ mətbuatda qeyd edildiyi kimi FİFA-nın müvafiq qurumlarının çıxardığı qərara əsasən deyil, tərəflər arasında həllini tapıb. Klub Luis Araqonun fəaliyyət göstərdiyi dönəmdə işini yüksək qiymətləndirir və dostluq münasibətlərini davam etdirir. Məsələnin FİFA qurumları tərəfindən həll edildiyi ilə bağlı mətbuatda yer alan xəbərlər həm klubumuzun, həm Luis Araqonun təəccübünə səbəb olub".


İspaniyalı mütəxəssis özü də bununla bağlı kluba göndərdiyi məktubda məsələnin tərəflər arasında həll edildiyini bildirib: "Azarkeşlər, klub əməkdaşları və 3 il ərzində çalışdığım bütün insanlara salamlarımı çatdırıram. Öncə bir məsələyə aydınlıq gətirmək istəyirəm: klub və mənim aramda yaranmış müqavilə ilə bağlı şərtlər hər iki tərəfi məmnun edəcək şəkildə öz aramızda həllini tapıb. Çox şadam ki, Azərbaycanın ən yaxşı klubunda işləmək şansı əldə etdim. Müəyyən müddət klubun əsas komandasında da çalışdım və mənə etimad göstərdikləri üçün bütün klub nümayəndələrinə "çox sağ olun" deyirəm. Əvəzedici komandada, U-19 komandasında gördüyümüz bütün işlər məni razı saldı. Mən və ailəm yaşadığımız bu 3 illik gözəl təcrübədən razı şəkildə ayrıldıq. Bu müddətdə yeni mədəniyyətlə tanış oldum və verilən şansdan həzz alaraq yararlandım.

 

Klubda daim peşəkarlar tərəfindən əhatə olundum və 3 il ərzində çalışdığım bütün oyunçulara davranışlarına görə təşəkkür edirəm. İş və məişət planında mənə kömək edən hər bir şəxsə bir daha minnətdarlığımı bildirirəm, onların əməyini unuda bilmərəm. Əminəm ki, klubda hər kəs meydançada və ondan kənarda əlimdən gələnin ən yaxşısını etdiyimi bilir. Mən gördüyüm işlərdən məmnun şəkildə ayrılmışam və klubla münasibətlərimiz həmişə yüksək səviyyədə qalır. Bir daha 3 il ərzində mənə dəstək olan azarkeşlərə, klub əməkdaşlarına, oyunçulara "sağ olun" deyirəm, kluba gələcək fəaliyyətində uğurlar arzulayıram. Ümid edirəm ki, yollarımız bir daha kəsişəcək"


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
15:42

"Məşqçilər VAR-a baxılmasını tələb edə biləcəklər" - Canni İnfantino

15:24

"Danışıq apardıq, amma..." - Tuxel son nöqtəni qoydu

15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

Facebookdan bizi izləməyi unutmayın.
X