20:34 12.01.2016 644

"Maaşımı manatla versələr, çıxıb gedəcəm" -"Neftçi"nin futbolçusu

Artıq yavaş-yavaş Azərbaycan futboluna bahalı legionerlərin gəlişi kəsilməyə başlayıb.

Bir müddət öncə “Qarabağ” və “Qəbələ”dən başqa digər klublarımız da yüksək qiymətə malik əcnəbilərlə müqavilə bağlayırdısa, artıq bu müşkül görünür.

Bunun da başlıca səbəbi ölkəmizə gələn xarici futbolçuların klublardan dollarla maaş tələb etməsidir. Bu da komandalarımıza sərf etmədiyi üçün daha çox Qafqaz ölkələrinin futbolçulara meyl edirlər.

Əslində biz klubların dollarla maaş verdiyi üçün necə əziyyət çəkdiyini dekabrın 21-də baş verən devalvasiyadan sonra gördük. Məsələn, “Zirə” və “Rəvan” kimi klublar futbolçuların maaşların azaltmağa və dollarla maaşdan imtina etməyə çalışdı.
Görəsən, ölkəmizdə çıxış edən legionerlər bu barədə nə düşünür? Onlar maaşları rəqəm dəyişmədən dollardan manata çeviriləcəyi halda burda qalacaqlar, yoxsa gedəcəklər?

Erik Ramos (“Neftçi”nin yarımmüdafiəçisi): “Mən dollarla maaş alıram. Manatla maaş almağımda problem yoxdur. Sadəcə maaşımı da əməyimin dəyərində istəyəcəm. Əgər rəqəm eyni qalmaqla mənə manatla maaş təklif etsələr, çıxıb gedəcəm. Bununla razılaşmayacam”.

Rikardinyo (“Qəbələ”nin müdafiəçisi): “Çox yaxşı sualdır. Bu barədə danışmaq çətindir. Çünki ilk dəfədir ki, belə situasiya ilə üzləşirəm. Klubdan bizə bu barədə nəsə deməyiblər. Desələr, o zaman düşünərik. Əgər belə bir şey olsa, o zaman agentimlə danışacam. Onun məsləhət biləcəyi kimi edəcəyik”.

Ermin Zets (“Qəbələ”nin hücumçusu): “Mən bu vəziyyətlə bir dəfə üzləşmişəm. Türkiyədə oynayarkən orda devalvasiya olmuşdu və lirə dollar qarşısında aşağı düşmüşdü. Həmin vaxt klub dəyişiklik etmədi. Elə “Qəbələ”nin də eyni addım atacağını düşünürəm”.

Nika Kvekveskiri (“İnter”in yarımmüdafiəçisi): “İndi dollarla maaş alıram. Heç indi də vəziyyətdən razı deyiləm. Ümumiyyətlə mən bu klubda baş məşqçi Zaur Svanadzeyə görə qalmışam. Yayda müqaviləm bitən kimi gedəcəm”.

Laşa Kasiradze (“İnter”in müdafiəçisi): “Əgər belə bir şey olsa, o zaman sizə cavab deyə bilərəm. İndidən nəsə demək çətindir”.

Nelson Bonilla (“Zirə”nin hücumçusu): “Mən dollarla maaş alıram. Əgər vəziyyət dəyişsə, çətin ki, eyni rəqəmlə burda qalam”.

Dani Kintana (“Qarabağ”ın yarımmüdafiəçisi): “Bu suala cavab verə bilmərəm”.(qafqazinfo)

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
15:05

Azərbaycanın 2 boksçusu Rusiyada finala yüksəldi

14:49

Birinci Liqada mükafatlandırma mərasiminin vaxtı bilindi

14:36

PFL Azərbaycan çempionlarına veriləcək yeni kubok və medalları təqdim etdi - VİDEO

14:30

Robin Van Persi Erediviziya klubunu çalışdıracaq - RƏSMİ

14:12

Rəşad Sadıqov "Kəpəz"ə qarşı yalnız onu oynada bilməyəcək

13:56

Matip "Liverpul"dan gedir - RƏSMİ

13:38

BOK rus jurnalistlərə də qadağa qoydu

13:20

Alkantara Premyer Liqa nəhəngindən ayrıldı - Yeni klubu da bilinir

13:02

Qasperini "Atalanta"dan getməyə yaxındır - Danışıqlar başladı

12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:29

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:28

XXXIV turun təyinatları açıqlandı

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

Facebookdan bizi izləməyi unutmayın.
X