Topaz Premyer Liqası klublarının təlim-məşq toplanışı və yoxlama oyunlarını izləmək üçün Türkiyənin Antalya şəhərində olan Azərbaycan milli komandasının məşqçiləri yoxlama oyunlarını izləyib.
Fanat.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki, məşqçilər Qordan Tsipriç və Draqan Spasiç “Qəbələ” - “Osnabruk” (Almaniya), “Qarabağ” - “Rot-Veyss Essen” (Almaniya) və “Zirə” - “Ordabaşı” (Qazaxıstan) oyunlarına baxıblar.
Fanat.az