12:21 19.01.2016 407

"Qəbələ" yeni transferlər edəcək - Roman Qriqorçuk

"Mövsümün ikinci yarısına hazırlığı yaxsı şəraitdə davam etdiririk. Bu, nəzərdə tutduğumuz bütün işləri həyata keçirməyə imkan verir. Hesab edirəm ki, hazırlıga qiymət vermək hələ tezdir. Məşqlərə yeni başlamısıq və hər şey qaydasında gedir”. Bu sözləri “Qəbələ İK"ya açıqlamasında əsas "Qəbələ"nun baş məşqçisi Roman Qriqorçuk deyib. 

Yanvarın 10-da Türkiyənin Antalya bölgəsində başlayan təlim-məşq toplanışı haqda düşüncələrini bölüşən ukraynalı mütəxəssis futbolçuların çalışqanlığından razılıq edib. Qriqorçukun sözlərinə görə, istirahətdən qayıdan oyunçularda artıq çəki cəhətdən problem olmayıb: “Ümumiyyətlə, futbolçuların fiziki durumlarında problem, “boşalma” görmürəm. Görünür, istirahət vaxtı müəyyən qaydalara əməl ediblər, hamısı düşərgəyə yaxşı psixoloji vəziyyətdə gəlib. Məşqlərdə işlərini məmnuniyyətlə görürlər. Əlbəttə, hazırlığın ilk günlərində fiziki çalışmalara xüsusi diqqət yetiririk. Ümumilikdə isə hazırlığı müxtəlif mərhələlərə ayırmırıq. Çünki işə yanaşmamız kompleks olduğundan hər şeyi əhatə edir”.

Ukraynalı çalışdırıcı hazırlıqda olan yeni futbolçu Rəşad Eyyubovla bağlı da fikirlərini bildirib. O, gənc yarımmüdafiəçinin vaxtilə baş məşqçi kimi çalışdığı “Çernomorets”in yetirməsi olmasının ona dəvətdə heç bir rol oynamadığını söyləyib: “Çünki Rəşadın Odessada yaşaması, futbola orada başlaması barədə məlumatım yox idi. Bundan yarım il öncə xəbər tutdum. Etiraf edirəm ki, Eyyubovu hələ ötən yay komandamıza cəlb etmək istəyirdim. Sadəcə, həmin vaxt keçid baş tutmadı. Fikrimcə, Eyyubov maraqlı futbolçudu. O, oyun üslubumuza dəqiq uyğun gəlir”.

Heyətin gücləndirilməsinin zəruri olduğunu vurğulayan Qriqorçukun sözlərinə görə, qış fasiləsində yeni transferlər nəzərdə tutulub: “Bu, birmənalı olaraq qarşımızda duran məsələdi. Komandanı gücləndirməyin lazım olduğunu başa düşürük. Ancaq digər tərəfdən, tələsik addım atmaq da istəmirik. Çünki həm “Qəbələ”nin, həm də Azərbaycan Premyer Liqasının səviyyəsi yetərincə yüksəkdi. Ona görə gələn yeni futbolçu bu səviyyəyə, qarşımızda duran vəzifələri yerinə yetirməyə uyğun olmalıdı. İnanın ki, dediyim tələblərə cavab verən futbolçunu tapmaq heç də asan deyil. Bu üzdən transfer işləriylə bağlı çox çalışırıq. Ümid edirəm ki, seleksiya istiqamətində müəyyən addımlar atıb, heyəti real olaraq gücləndirəcək futbolçu tapa biləcəyik”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
12:44

"Mənim ən böyük motivasiyam..." - Ronaldu açıqladı

12:35

“Misli.az ilə Avropaya” – İlk tirajın nəticələri

12:18

"Saatlı camaatına qələbə yaraşır" - "Araz Saatlı"nın baş məşqçisi 

12:00

Azərbaycan millisi 3-cü səbətdə

11:42

Naço "Real"ı İtaliya nəhənginə dəyişə bilər

11:25

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:05

Azərbaycanın 2 boksçusu finalda

10:46

Xavi üçün yubiley: Qvardiola ilə Enrikedən geri qaldı

10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

Facebookdan bizi izləməyi unutmayın.
X