19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması təlim-məşq toplanışına başlayır. Fanat.az xəbər verir ki, baş məşqçi Nazim Süleymanov artıq heyəti də açıqlayıb.
O, fevralın 5-dən 15-nə qədər Bakıda təşkil ediləcək hazırlıq prosesinə 24 oyunçu cəlb edəcək. Millimizin bu müddətdə bir neçə yoxlama görüşü keçirməsi nəzərdə tutulub.
U-19-a dəvət alan futbolçular: Elnur Orucov, Süleyman Süleymanov, Əzəmət Ələkbərli, Sahil Zeynalov, Amin Seydiyev, Hacıağa Hacıyev, Baxışəli Baxışəliyev, Ravil Yusifli, Rövlan Muradov (hamısı “Qəbələ”), Tural Osmanov, Sərxan Əhmədli, Əli Şirinov (hamısı “Neftçi”), Murad İslamov, Yusif Cəfərov, Tural Bayramlı, Malik Bayramov, Elçin Əliyev (hamısı “Zirə”), Azər Cabbarov, Samir Məmmədzadə (“Neftçi” İB), Fuad Bayramov, İsmayıl İbrahimli (hər ikisi AZAL), Nicat Süleymanov (“Bakı”), Zaur Fərzəliyev (“Qarabağ”), Camal Camalov (“İnter”).
Fanat.az