"Zirə" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov Təmkin Xəlilzadənin xidmətindən məhrum olub.
Belə ki, 22 yaşlı yarımmüdafiəçi cəzalı duruma düşüb. "Rəvan"la oyunun 63-cü dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Təmkin sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə aldığı 4-cü "sarı" olduğundan XXII turun "Xəzər Lənkəran"la oyununu buraxacaq.
Fanat.az