Bu gün dünyasını dəyişən Tofiq Bəhramov adına Respublika Stadionunun sabiq direktoru Akif İsmayılovla vida mərasimi keçirilib. "Report"un məlumatına görə, mərasim mərhumun yaşadığı evin qarşısında olub.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, A.İsmayılovun yaxınları, idman ictimaiyyətinin nümayəndələri iştirak edib.
Mərhum bu gün Keşlə qəbiristanlığında dəfn olunacaq.
Qaynar.info