"Zirə" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Adil Şükürov Nicat Qurbanovun xidmətindən məhrum olub.
Belə ki, yarımmüdafiəçi cəzalı duruma düşüb. "Neftçi" ilə oyunun 76-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Qurbanov sarı vərəqə limitini doldurub. Bu onun cari mövsümdə aldığı 4-cü "sarı" olduğundan XXIV turun "Qarabağ"la oyununu buraxacaq.
Fanat.az