12:59 04.03.2016 636

Şərəf kodeksi, yarıtmaz Əsgər, “kapitan” və “general”

Azərbaycan Premyer Liqasında 24-cü turun oyunlarına martın 5-də start veriləcək. Turun oyunları iki gün ərzində keçiriləcək.

Cəmi bir qələbə lazımdı ki...

Təbii ki, əsas diqqət “Qarabağ” - “Zirə” görüşünə yönələcək. Hələ bir neçə tur əvvəl “Qarabağ” rəqibləri üçün əlçatmaz görünürdü. Ancaq “köhlən atlar”ın xal itkisi, “Zirə”nin isə uğurlu oyunu qəsəbə komandasını ağdamlılara yaxınlaşdırıb. İndi cəmi bir qələbə lazımdı ki, “Zirə” həm liderin bir addımlığında olsun, həm də “köhlən atlar”ı “hürkütsün”. Amma bu da “Qarabağ”dı ha... Adətən həlledici məqamlarda rəqibinə aman verməyən “Qarabağ”. Üstəlik, “Zirə”də yorğunluq da var. Bunu da “Qəbələ”ylə kubok oyunundan sonra komandanın baş məşqçisi Adil Şükürov deyib. Yorğun oldunsa, “Qarabağ”a qalib gəlmək mümkünsüzdü.

Statistika nə deyir? 
Komandaların əvvəlki 2 oyununda “Qarabağ” uduzmayıb. Ağdamlılar yeganə ev oyununda böyükhesablı qələbə qazanıb.
Qarabağ - Zirə: 2 oyun, 1 qələbə, 1 heç-heçə, top fərqi 4-1.

Zatən, rəhbərlərinə layiqdilər

“Neftçi” - “Qəbələ” oyunu da böyük maraq kəsb edir. “Ağ-qaralar” çempionluqdan və gümüş medallardan çoxdan gözünü çəkib. Ümid yalnız bürünc medalı qazanmaqdı. Amma 3-cü pillədə elə “Qəbələ” qərarlaşıb. “Neftçi”nin “havalı” futbolçularına kubok qarşılaşmasında “lənkəranlı cocuqlar” elə şapalaq vurublar ki, indi ayaq üstə durmağa da halları olmamalıdı. Onları yalnız bir məqam - “Neftçi”nin şərəf kodeksinin nə olduğunu anlamaq ayaqda saxlaya bilər. Amma belə futbolçuların belə məqamlara dəyər verdiyinə inanmırıq. Üstəlik, bu məqamın “Neftçi” rəhbərliyi üçün də dəyərli olduğunu düşünmürük. Hər futbolçu elə öz rəhbərinə oxşayır. “Neftçi”nin futbolçularını çox asıb-kəsməyin də adı yoxdu. Zatən, rəhbərlərinə layiqdilər. İndi görək, o rəhbərlik o futbolçuları “Qəbələ”nin qarşısına hansı əhval-ruhiyyədə çıxaracaq? “Neftçi” bu oyunda da məğlub olsa, istefaya təkcə Əsgər Abdullayev yox, digər Abdullayev də getməlidi. Çingiz Abdullayevi nəzərdə tuturuq. Amma özüylə icraçı direktor Elnur Məmmədovu aparmaq şərtiylə.

Statistika nə deyir? 
Son 8 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Ardıcıl 4 görüşdə qonaq komanda 3 xal qazanıb.
Neftçi - Qəbələ: 30 oyun, 14 qələbə,7 heç-heçə, 9 məğlubiyyət, top fərqi 40-28.

Bu uşaqlardan nəsə tələb etmək olmaz

Kubok oyununda “Neftçi”ni diz çökdürən “Xəzər Lənkəran” AZAL-ı qəbul edəcək. Heç şübhəsiz, cənublu uşaqların əhval-ruhiyyəsi yerindədi. Ancaq onlardan “təyyarəçilər”lə oyunda da qələbə tələb etmək yersizdi. Bu, gəncləri təzyiq altında saxlamaq olar. İndi “Xəzər Lənkəran”ın çempionatdakı mövqeyi elədi ki, bu uşaqlardan nəsə tələb etmək olmaz. Onsuz da meydana çıxanda bütün qüvvələrini sərf edirlər. Onlara sadəcə, “çıxın, bacardığınızı edin” demək kifayətdi.

Statistika nə deyir? 
Son 4 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlir. 9 matçdı qonaq komanda qələbə qazana bilmir. “Xəzər Lənkəran” ardıcıl 11 ev oyununda meydanı qolsuz tərk etməyib.
Xəzər Lənkəran - AZAL: 30 oyun, 15 qələbə, 9 heç-heçə, 6 məğlubiyyət, top fərqi 39-24.

Heç fələk də bərpa edə bilməyəcək

“Sumqayıt” isə öz meydanında “İnter”i qəbul edəcək. Hər iki komanda kubok qarşılaşmasında məğlub olub. Amma “bankirlər”in “Rəvan”a məğlubiyyəti daha təəccüblüdü. Əslində, “İnter”in nəinki çempionatda, heç kubokda da mübarizəsinin əhəmiyyəti yoxdu. Onsuz da avrokuboklarda çıxış etməyəcəklər. Belə durum isə əvvəl-axır bu komandada futbolçuların əhval-ruhiyyəsinə təsir etməlidi. Ondan sonra “İnter”də qələbə ruhunu heç fələk də bərpa edə bilməyəcək. Hələ ki, ilk zərbəni “Rəvan” vurub. Görək, Elxan Məmmədovun komandası nə edəcək.

Statistika nə deyir? 
“İnter” 5 oyundu qalib gəlmir. Son 3 oyunda hər iki komanda qol vurub.
Sumqayıt - İnter: 14 oyun, 2 qələbə, 4 heç-heçə, 8 məğlubiyyət, top fərqi 8-21.

Gəncəlilərə başqa nə lazımdı?

Turun son oyunu martın 6-da keçiriləcək. “Rəvan” “Kəpəz”i qəbul edəcək. Gəncə klubu turnir cədvəlindəki mövqeyini düzəltmək üçün aşkar autsayderə mütləq qalib gəlməlidi. Nəzərə almaq lazımdı ki, “Kəpəz” ötən tur öz meydanında “Sumqayıt”la oyunda da xal itirb. Belə komandalarla qarşılaşmada itirlən xallar isə “Kəpəz”in avrokuboklar iddiasının üstündən xətt çəkə bilər. “Rəvan” “İnter”lə kubok oyununda böyük güc sərf edib. “Kəpəz” isə dincəlib. Bu oyunda qalib gəlmək üçün gəncəlilərə başqa nə lazımdı?

Statistika nə deyir? 
“Rəvan” 3 oyundu qalib gəlmir. “Kəpəz” iki matçdı qol buraxmır. Paytaxt təmsilçisinin ev oyunlarında ən azı 2 qol qeydə alınır.
Rəvan - Kəpəz: 10 oyun, 3 qələbə, 1 heç-heçə, 6 məğlubiyyət, top fərqi 15-14. (Komanda.az)

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2024
17:56

Peşəkar Çövkən Liqasında I tur start götürdü

17:29

AMF-in rəsmi saytı fəaliyyətə başladı

17:13

UPL-də qol vuran azərbaycanlı heç-heçədən şikayətləndi

16:55

Nə Henderson AÇ-yə aparılır, nə Sterlinq, nə də...

16:37

AÇ-2024: Portuqaliya millisinin heyəti açıqlandı

16:16

AFFA-da "yarpaq tökümü" başlayır

16:00

Toni Kroosdan gözlənilməz qərar - Özü açıqladı

15:42

AÇ-2024: Sloveniya millisinin heyəti açıqlandı

01 Yanvar 1970
04:00

15:28

Peşəkar Çövkən Liqasının açılış mərasimi oldu

15:11

Benzema gələcəyi ilə bağlı qərarını verdi

14:53

Avropa çempionatının bombardirinə bu mükafat veriləcək - FOTO

04:00

04:00

04:00

14:36

İskonun AÇ arzusu yenə reallaşmadı - SƏBƏB

14:17

Tçkayevi ilk raundda yendilər

13:50

Azərbaycan millisinin Albaniya və Qazaxıstanla oyunlarının hakimləri bilindi

13:28

"Olimpik Marsel"in 3 futbolçusu gülləbaran edildi

13:10

Azərbaycan millisi Qazaxıstan klubuna uduzdu

12:51

Əfsanəvi "Volksvagen" dünyasını dəyişdi

12:23

Klubundan ayrıldı, Alleqrinin yerini tuta bilər

12:05

"Bayern" daha bir "Tottenhem"lini aparır - Bu qiymətə

11:47

Ross Barkli bu kluba satıldı

11:29

Mbappe vida ziyafəti verdi - Makron da qatıldı

11:10

Karlo Ançelottinin oğlu "Real"dan ayrılır - Baş məşqçi təklifi aldı

10:49

Daha bir idmançımız Yaponiyada dünya çempionu oldu

10:28

Benzema Səudiyyə Ərəbistanından qaçmaq istəyir, amma...

10:07

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

09:45

Azərbaycan çempionatında pley-off cütü müəyyənləşdi

09:22

Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır

09:00

Gürcüstan millisinin AÇ-yə vəsiqəyə görə alacağı mükafatın məbləği bilindi - Baş nazir açıqladı

20 May 2024
20:15

Dieqo Simeone özünü tənqid etdi: "Mən bunu bacarmadım"

19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

Facebookdan bizi izləməyi unutmayın.
X