Premyer Liqanın XXVI turunda "Neftçi"ni 3:2 hesabı ilə udan "Kəpəz" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Şahin Diniyev Julien Ebahın xidmətindən məhrum olub.
Kamerunlu futbolçu cəzalı duruma düşüb. Qarşılaşmanın 65-ci dəqiqəsində qeyri-idman hərəkətinə görə cəzalanan Ebah sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü dəfə cəzalanan futbolçu XXVII turun "Zirə" ilə oyununu buraxacaq.
Fanat.az