Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi ölkələri (CONCACAF) "DÇ-2018"in seçmə mərhələ oyunlarını davam etdirir. Fanat.az xəbər verir ki, "Zirə"nin futbolçusu Nelson Bonillanın çıxış etdiyi El Salvadov yığması bu gecə Hondurası qəbul edib.
San Salvadordakı "Estadio Cuscatlan" stadionunda baş tutan oyun 2:2 hesabı ilə başa çatıb. Nelson Bonilla bu oyunda komandasına bir xal qazandırıb. Belə ki, o, 89-cu dəqiqədə başla fərqlənərək hesabı bərabərləşdirib.
Qeyd edək ki, El Salvadov martın 30-da Hondurasın qonağı olacaq. Seçmə mərhələnin A qrupunda mübarizə aparan Nelson Bonillanın komandası 3 turdan sonra 2 xalla 3-cü pillədə qərarlaşıb. Qrupda ilk pilləni Meksika, ikinci yeri Kanada, son pilləni Honduras tutur.
Fanat.az