Topaz Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar Gürcüstanda təlim-məşq toplanışında olan "Simurq", bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Fanat.az xəbər verir ki, növbəti turda "Sumqayıt"ı qonaq edəcək Zaqatala təmsilçisi Bakıda bir araya gələrək hazırlıqlara qaldığı yerdən davam edib.
Dünən axşam saatlarında Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında çalışmalara start verən Georgi Çixradzenin yetirmələri tam heyətlə məşqə çıxıb.
"Sumqayıt"la matç öncəsi zədəli və cəzalı futbolçuların olmaması məşqçilər korpusunu sevindirən amillərdəndi. O cümlədən, yığma komandaların düşərgəsində olmuş Rəşad Eyyubov, Rəşad Əzizli və Patrik Osiakoda bugündən hazırlıqlara qoşulacaq.
Fanat.az